Nazim İsmayılov adına 80 saylı tam orta məktəbdə "COP29-Azərbaycan Qlobal İqlim Dəyişmələrinə "Yox" Deyir!" elmi-praktik seminar keçirilib.
"Report" xəbər verir ki, elmi-praktik seminarın məqsədi qlobal iqlim dəyişiklikləri ilə mübarizə və COP29-un mahiyyətini şagirdlərə çatdırmaqdır.
Seminarda Azərbaycan ictimai-siyasi xadimi, Milli Məclisinin VI-VII çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Yap Sabunçu rayonunun sədri Araz Xudadanov, COP29-un beynəlxalq hüquqşünası Rauf Abbasov, Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurli, Vəkillər kollegiyasının üzvü, vəkil Aydan Rəhimli, BOHEMDA-nın Strateji təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Rəvan Əzizov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov, peşəkar jurnalist və ADU-nun jurnalistika fakültəsinin müəllimi Günel İlqar iştirak ediblər.
Layihə rəhbərləri Abbasova Rasimə, Sərdarlı Aytən, Qəhrəmanova Aynur:- "elmi-praktik seminarın milli-mənəvi dəyərlərin, şagirdlərin daxili dünyalarının zənginləşməsi baxımından çox böyük rol oynayacağını bildiriblər.
Şagirdlərin hazırladığı "tullantılardan sənətə"adlı yaradıcı yanaşmanı təcəssüm etdirən dəfilə təşkil olunub. Qonaqlar şagirdlərin suallarını cavablandırıb və tədbir ağacəkmə aksiyası ilə başa çatıb.