Livandan atılan raketlərdən biri İsrailin mərkəzində partlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
"Raketlərin əksəriyyəti ələ keçirilib və bir mərmi İsrailin mərkəzində müəyyən edilib", - məlumatda deyilir.
Mətbuat xidmətinin məlumatına görə, Şimali və Mərkəzi İsrailin bir neçə bölgəsində raket xəbərdarlığı siqnalları səsləndikdən sonra 10-a yaxın mərmi sərhədi keçib, lakin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.
Hücumun nəticələri barədə məlumat verilməyib.
Noyabrın 5-də İsrail Silahlı Qüvvələri İranın mümkün zərbəsi ərəfəsində hazırlıq səviyyəsini artırıb.
www.anews.az