Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil olunan yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 530 xalla ilk pillədə yer alıb.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci, Paris-2024-ün digər qalibi Zelim Kotsoyev isə 430 xalla üçüncüdür.
Qeyd edək ki, sıralamaya uyğun olaraq ilk "10-luq"da həmçinin qadın atlet Anna Skidan (340 xal), cüdoçular Balabəy Ağayev (300 xal), Elcan Hacıyev (300 xal) kişi idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Yaşar Nəcəfov (240 xal), bədii gimnast Zöhrə Ağamirova (220 xal) digər cüdoçu Zelim Tçkayev (220 xal) yer alıblar.