Bu gün burada “FantazEU” festivalının açılış tədbiri olan bu fotosərgidə sizinlə bir yerdə olmaqdan böyük məmnunluq duyuram.
APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə birgə keçirilən beşinci “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində “Bizi birləşdirən su” fotosərgisinin açılış mərasimində deyib:
“Bu festival Avropa İttifaqına üzv dövlətlər və Azərbaycan sənətçilərinin, insanlarının bir-birini tanımağı üçün gözəl bir vasitədir. Çünki bu bizim tərəfdaşlığımızı gücləndirməyə kömək edən mədəniyyət hadisəsidir”.
O deyib ki, bu gün keçirilən sərgidə COP29 ərəfəsində suyun oynadığı rol və onun qorunmasına olan ehtiyac bir daha vurğulanır.
“Avstriya, Belçika, Xorvatiya, Çexiya, Fransa, Macarıstan, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, Slovakiya və İsveç səfirliklərinə çay və şəlalələr kimi təbiətdə suyun füsunkarlığını özündə ehtiva edən şəkilləri, eləcə də Avropa şəhərlərini gözəlləşdirən heyrətamiz fəvvarələrin fotolarını təqdim etdiklərinə görə minnətdarlığımızı bildirmək istəyirəm” - deyə səfir sonda vurğuıayıb.