AZ

Moldova səfiri Rusiya XİN-ə çağırıldı

Moldovanın Rusiyadakı səfiri Lilian Darius Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

7Times.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Səfirə prezident seçkiləri və respublikada Avropaya inteqrasiya ilə bağlı referendum zamanı Kişinyovun “dostluqdan kənar ayrı-seçkilik hərəkətləri” ilə əlaqədar kəskin etiraz edilib.

Xarici İşlər Nazirliyi bildirib ki, oktyabrın 20-də keçirilmiş prezident seçkiləri və Avropaya inteqrasiya üzrə referendumda səsvermənin birinci turu öncəsi Moldova hakimiyyəti Rusiyadan olan beş beynəlxalq müşahidəçinin akkreditasiyasından imtina edib.

İkinci raunddan əvvəl, noyabrın 3-də Kişinyov hava limanında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyasının üç rusiyalı üzvünə Moldovaya giriş qadağan edilib. Rusiya XİN bildirib ki, missiya üzvləri Moldova Mərkəzi Seçki Komissiyasında akkreditasiyaya malik olublar.

“Bu cür hərəkətlər Kişinyov tərəfindən beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır”, – XİN bildirib.

Moldova hakimiyyətinin Rusiyadan olan müşahidəçilərlə bağlı hərəkətlərinə görə eyni təqdimat Rusiya Federasiyasının Vyanadakı ATƏT yanında daimi nümayəndəliyi vasitəsilə ATƏT/DTİHB rəhbərliyinə də edilib.

Seçilən
13
47
7times.az

10Mənbələr