AZ

İcbari Tibbi Sığorta Agentliyi bu komissiyadan niyə çıxarıldı? - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda dəyişiklik edib. Qaydaya əsasən, qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın yaradılıb. İndiyə qədər Komissiyanın tərkibinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi daxil idi. Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əvəzləyib.

Bakupost.az bu əvəzlənmənin səbəbi ilə bağlı sorğusuna İTS-dən verilən açıqlamada bildirilir ki, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 4.6.4. bəndinə əsasən, dəfnlərin vahid dövlət reyestrinə dəfn edilən şəxsin ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədinin (ölüm haqqında həkim konsiliumunun qərarının və ya həkim, feldşer arayışının) rekvizitləri kimi məlumatlar da daxil edilir.

Əvvəllər TƏBİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) tabeliyindəki qurum kimi fəaliyyət göstərdiyindən bələdiyyə tərəfindən yaradılmış Komissiyanın tərkibində Agentlik nümayəndəsi də təmsil olunurdu. 2022-ci ilin may ayından TƏBİB müstəqil publik hüquqi şəxs olduğundan komissiyada dəyişiklik edilib”.

Aygün Musayeva,
BakuPost
Seçilən
25
bakupost.az

1Mənbələr