AZ

"Rusiya gözəli" qızıl qaçaqmalçılığında şübhəli bilindi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada gömrükçülər "Vnukovo" hava limanında 12 milyon rubl (210 min manat) dəyərində qızıl-zinət əşyalarının qaçaqmalçılığının qarşısını alıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Federal Gömrük Xidmətinin "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, qaydanı pozan İstanbuldan tranzitlə Nitsadan (Fransa) gələn dünya gözəllik müsabiqələrinin iştirakçısı gənc qadın olub. O, VIP zalın sərnişinləri üçün olan "yaşıl dəhliz"dən keçib və bəyannamədə zinət əşyaları barədə bildirməyib. Söhbət "Miss Russiya-2015" modeli Sofiya Nikitçukdan gedir.
Gömrük nəzarəti zamanı Sofiya Nikitçuk yoxlanış üçün "Patek Philippe" markalı qol saatını, həmçinin iki üzük və "Cartier" boyunbağısını təqdim edib. O, şəxsi əşyaları olduğu üçün bunlar barədə bəyan etmədiyini deyib.
Ekspertiza göstərib ki, zinət əşyaları orijinaldır və 750 karatlıq qızıl ərintisindən hazırlanıb. Cinayət işinin başlanması ilə bağlı məsələ müzakirə edilir, qanunu pozan qadını 5 ilə qədər həbs cəzası gözləyir.
Sofiya Nikitçuk hələ saxlanılmayıb. Onun barəsində araşdırma aparılır.
Seçilən
39
22
oxu.az

10Mənbələr