Azərbaycan SQ-nin Hərbi Dəniz Qüvvələri döyüş gəmiləri dəstəsinin və dəniz piyadalarının iştirakı ilə taktiki təlim keçirib.
Təlimin keçirilməsində əsas məqsəd Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturunun mühafizəsi və müxtəlif şəraitdə gəmi taktiki qruplarının müvafiq tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətlərin yerinə yetirilməsidir. Bu barədə Müdafiə Nazirliyinin 6 noyabr tarixli məlumatında deyilir.