AZ

Azərbaycandan xarici bazarlara xurma ixracı 167% artıb

Aqrar Subsidiya Şurasının qərarına əsasən, yeni salınan intensiv bağların hər hektarına görə fermerlərə 3000 manat subsidiya ödəniləcək

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 52,9 milyon ABŞ dolları dəyərində 74543 ton xurma ixrac olunub. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə xurma ixracı həcm olaraq 16,7%, dəyər olaraq 14,7% artıb. 

Azərbaycanda istehsal olunan xurma əsasən Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrə ixrac edilir. 

Azərbaycanda xurma bağlarının salınması dövlət tərəfindən dəstəklənir. 

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq intensiv xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat əkin subsidiyası veriləcək.  

Bu dəstək mexanizmi Şəki-Zaqatala, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında ən azı 2 hektar sahədə salınmış, hər hektarda ən azı 650 sertifikatlı xurma tinglərinin əkildiyi bağlara şamil edilir. 

2023-cü ilin yekunlarına görə, Azərbaycanda 13200 hektar xurma bağı mövcuddur. 

Xurma bağlarının 97,3 faizi ənənəvi, 2,7 faizi isə intensiv bağlardır. 

Ötən il Azərbaycanda xurma üzrə orta məhsuldarlıq 158 sent/hektar olub. 

Dövət dəstəyi mexanizminin genişləndirilməsi fermerlərin intensiv xurma bağları salmağa marağını artıracaq. 

Seçilən
23
7
marja.az

9Mənbələr