AZ

Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 25-dən sonra keçiriləcək

Bu gün MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yanvarın 25-dən sonra keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. Onun sözlərinə görə, həmin vaxta qədər hazırkı çağırış bələdiyyə şuralarının səlahiyyət müddəti başa çatacaq.

Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildə bir keçirilir. İndiyədək həmişə bu seçkilər dekabrda keçirilib. 

Sonuncu bələdiyyə seçkiləri 23 dekabr 2019-cu il tarixində keçirilib. 

Eyni zamanda, Seçki Məcəlləsinin digər bir maddəsinə əsasən, bələdiyyə şuralarının səlahiyyəti yeni seçilən yerli özünüidarə orqanının ilk iclas günündə başa çatır.

Seçilən
28
turan.az

1Mənbələr