Vətəndaşların problemlərini aradan qaldırmaq, şəhid ailələrinə və müharibə iştirakçılarına, eləcə də aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, onlara lazımi maddi və mənəvi dəstək göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir.
Ölkəmizdə vətəndaş rifahının yaxşılaşdırılması və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da humanist layihələrə dəstək verir, bu kateqoriyaya aid vətəndaşlara qayğı göstərirlər.
“Atributinfo.az” xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təşəbbüsü ilə 8 noyabr – Zəfər Günü ərəfəsində Saatlı rayonunda şəhid ailələri ziyarət olunub. Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bagirov , Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Elnur Atayev şəhid ailələri ilə görüşdə 44 günlük müharibədə xalqımızın tarixi qələbəsinin əhəmiyyətindən, əsgər və zabitlərimizin rəşadətindən danışıb, şəhidlərimizin xatirəsini yad ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta