AZ

“Niyə şəxsi həyat macəraları dillər əzbəri olan qadın efirdə ekspertdir?”

“Niyə şərait yaradırsan ki, şəxsi həyat macəraları dillər əzbəri olan qadın efirdə ekspert olsun?”

Minval.info xəbər verir ki, bu sözləri müğənni Murad Arif dizayner Aynur Xəlilovanın “Hərşeyşünas” podkastında qonaq olarkən söyləyib.
“Aşıq Əli bu ölkə üçün dəyərli sənətçidir, gözəl oxuyur. Musiqi bir elmdir, onun keçidləri, ladları var, detalları var. Aşıq Əli sazda elə aləmlər yarada bilir ki… bu adamı gözəl işlərlə təbliğ eləmək lazımdır. İnsanlar hər fikirdə, düşüncədə ola bilər. Ona şərait yaradılmalıdır ki, məsləği, bacarığı ilə gündəmdə olsun. Məsələn: Niyə media şərait yaradır ki, şəxsi həyat macəraları dillər əzbəri olan qadın efirdə qızların tərbiyəsindən danışsın, ekspert olsun? Fikirlər hər zaman müxtəlif olub”.

Qeyd edək ki, Aşıq Əli “Qadın ancaq uşağı tərbiyə edib, yemək bişirə bilər” açıqlaması ilə müzakirələrə səbəb olmuşdu.

 

View this post on Instagram

 

A post shared by Aynur Khalilova (@by_aynur___)

Seçilən
34
8
minval.info

9Mənbələr