Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin birində dəniz xüsusi təyinatlı kurslarını bitirmiş kursantların buraxılış mərasimi keçirildi. Məzunlar arasında Qazaxıstan Respublikasının hərbçiləri də yer alıb. Mərasimdə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Teymur Mürşüdov kurslarda iştirakına görə qazaxıstanlı hərbçilərinə təşəkkürünü ifadə edib, həmçinin Azərbaycan tərəfinin təcrübə mübadiləsi, birgə kursların və təlimlərin keçirilməsi sahəsində Qazaxıstanla səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
Səfir Alim Bayel öz çıxışında Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində kooperasiyasının intensivləşməsini qeyd edib. Diplomat son iki ildə birgə təlimlərin sayının əhəmiyyətli dərəcədə artdığını, onların bəziləri müstəqil Qazaxıstan və Azərbaycan tarixində ilk dəfə ikitərəfli əsasda keçirildiyi faktını vurğulayıb. 2024-cü ilin iyulunda Manqistau vilayətində beş dövlətinin iştirakı ilə keçirilən “Birlestik” əməliyyat-taktiki komanda-qərargah təlimlərində Azərbaycan kontingenti Qazaxıstan Respublikasının Silahlı Qüvvələrindən sonra sayca ikinci olub.
Səfir xatırladıb ki, Dövlət Başçıları bu gün iki ölkə arasındakı münasibətləri müttəfiqlik kimi qiymətləndirirlər.
A. Bayel dəniz xüsusi təyinatlı kurslarında təhsilin çətin, kursları bitirən döyüşçülərin isə əsl qəhrəman olduğunu qeyd edib. O, göstərilən köməkliyə görə Azərbaycan tərəfində öz təşəkkürünü çatdırıb.
Mərasim zamanı kursları uğurla bitirən hərbçilərə müvafiq sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.