AZ

Trampın seçilməsi dünya və ölkəmiz üçün hansı təsirlər yaradacaq?

Tramp proteksionizm siyasətinə sadiq qalaraq, ABŞ sahibkarlarını qorumaq və ticarət balansında ciddi müsbət təsirlər əldə etmək üçün gömrük yığımlarının dərəcəsini məhsullardan asılı olaraq 15 faizdən 100 faizədək olan aralıqda artıracaq.

Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov bildirib.

ELDENİZ

O qeyd edib ki, məşğulluğun artırılması və sahibkarların dəstəklənmsəsi üçün vergi güzəştləri edəcək:

"Bunlar ABŞ-ən daxili siyasəti kimi görünsə də, amma ABŞ bazarına çıxan ölkələr üçün, o cümlədən Çin üçün ciddi problemə çevriləcəkdir. Trampın birinci hədəfi Çindir. Amma bu həm də ABŞ-ın özündə qiymətləri yüksəlməsinə və infilyasiyanın artmasına səbəb olacaqdır. Təbii ki,  bu da dünya üçün təsirsiz ötüşməyəcək.

ABŞ-dən kütləvi departasiyalar mümkündür. Çünki o, miqrasiya siyasətini sərtləşdirəcəyini bildirib. Hətta Trampın Amerikanı qlobal istixana qazı emissiyalarının azaldılması üçün çərçivə sənədi olan Paris Sazişindən çıxaracağını bildirib.  Bu isə qlobal dünyanın yaşıl strategiyayasına ciddi təhdiddir. Böyük ehtimal ki, o, ənənəvi enerjiyə üstünlük verərək, neft-qaz hasilatını artıracaq. Odur ki, neft qiymətlərində enişlər gözləmək olar. Bu isə neft hasil edən ölkələr üçün, o cümlədən Azərbaycan üçün arzuolunan hal deyil".

İqtisadçı əlavə edib ki, Trampın Çini ticarət alətləri vasitəsilə sıxışdıracağı dəqiqdir:

"İrana qarşı sanksiyaları artıracağı da şübhəsizdir. Hətta yaxın Şərqlə bağlı İsraili dəstəkləyəcəyini də düşünürəm. Amma onun Ukrayna-Rusiya münaqişəsində tutacağı mövqe ilə bağlı narahat edici bəzi məqamlar vardır. Çünki onun Ukrayna-Rusiya münaqişəsində atacağı doğru olmayan addım qısa bir müddət sonra öz mənfi təsirini Cənubi Qafqazda göstərə bilər".

Afaq Mirayiq,
Musavat.com

Seçilən
33
50
musavat.com

10Mənbələr