AZ

COP29-un iqtisadiyyatımıza təsiri

Bildiyimiz kimi 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 tədbirlərində dünyanın müxtəlif ölkələrindən 80–100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Mütəxəsislər bildirir ki, Cop29 konfransının ən çox təsir göstərdiyi sahələrdən biri də iqtisadiyyatdır. 

İqtisadçı Xalid Kərimli "Yeni Azərbaycan" a açıqlamasında bildirib ki, paytaxt otellərində qəbul ediləcək qonaqların sayı 22 min nəfərə qədərdir. Elə bu səbəbdən COP29 tədbirləri ilə əlaqədar tikilməkdə olan binalarda və otellərdə tamamlanma işləri həyata keçirilir. Artıq həmin binalar tamamilə hazır şəkildədir".

X. Kərimli həmçinin bildirib ki, konfransla əlaqdər ölkəyə turist axını artır və bu axın ölkədə iaşə, otel, həm də nəqliyyat sektorunda fəalığı artırıb: "Noyabr ayında Bakı-Abşeron ərazisində otellərdə iş yüksək səviyədə olacaq. Bu baxmdan iqtisadiyyatda canlanma baş verəcək. Sözügedən konfransda formalaşan əlaqələr və danışılan planlar eyni zamanda ölkəmizin daha böyük arenalarda tanıdılmasına  imkan verəcək".

Havar Şəfiyeva

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr