AZ

6 il əlil ərinə baxdı, kişi isə sağalan kimi başqa qadınla evləndi - FOTO

Malayziyada Nurul Syazvani adlı qadın 6 ildir əlil arabasında olan xəstə ərinə qulluq edərək, sosial şəbəkə istifadəçilərinin rəğbətini qazanıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, izləyicilər və yerli əhali Nurulu "müqəddəs qadın" hesab edirdilər. Avtoqəzada iflic olan ərinə bütün gününü həsr edən qadın bunu sevgi ilə etdiyini bildirirdi.

Lakin gözlənilmədən qadının həyatı dəyişib. 6 il sonra müəyyən qədər sağalan və ayağa qalxan kişi Nuruldan ayrılaraq, başqa qadının yanına gedib.

Nurul isə belə cütlüyə xoşbəxt həyat arzulayıb və bundan sonra ömrünü övladına həsr edəcəyini deyib.

Aygün Musayeva, BakuPost

Seçilən
34
bakupost.az

1Mənbələr