AZ

Tramp yanvarın 21-də Putinlə görüşə bilər - Politoloq

ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp yanvarın 21-də Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər. 

HİT.az xəbər verir ki, bu barədə Moskvadakı Amerika Universitetinin prezidenti Eduard Lozanski Radio 1-lə söhbətində danışıb.

Onun fikrincə, respublikaçıların seçkilərdəki qələbəsi Trampa ona xəyanət etməyəcək yaxşı komanda seçmək imkanı verəcək.

“Onunla döyüşə girəcək çoxlu adamların adını çəkə bilərsiniz. Yanvarın 21-də o, Vladimir Putinlə görüşəcək və onlar bu müharibəni birtəhər bitirəcəklər", deyə Lozanski bildirib.

O, həmçinin əlavə edib ki, yanvarın 20-dək Tramp beynəlxalq danışıqlara girə bilməyəcək, çünki bu, ABŞ Konstitusiyası ilə qadağandır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri dünən keçirilib. Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazım olsa da, Respublikaçı Donald Tramp 277 səslə qalib gəlib.

Samir

Seçilən
19
50
hit.az

10Mənbələr