AZ

“Mənim üçün çətin olacaq” - Premyer Liqada 2 qol, 4 assistin müəllifi

“Səbail”in hücumçusu Ayman Buali Sportinfo.az-a müsahibə verib.

Mərakeşli legioner həm Azərbaycan kubokunun II təsnifat mərhələsində keçirilən “Dinamo” – “Səbail” matçı (0:6), həm də digər məqamlarla bağlı sualları cavablandırıb.

- Bu matçı sizin üçün gərgin məşq adlandırmaq olar?

- Belə deməzdim. Bu, bizim üçün Azərbaycan kubokunun oyunu idi. Kimliyindən asılı olmayaraq, hər bir rəqibə hörmət edirik. II Liqada olmasın, lap III Liqada olsun. “Dinamo”ya qarşı bacardığımızın 100 faizini etdik, bu da hesabda özünü göstərdi.

- Gənc futbolçuılardan qurulmuş yarımpeşəkar komandaya çox qol vurmamaq kimi düşüncəniz yox idi?

- Peşəkar futbolçusansa, bu cür düşünməməlisən. Baş məşqçimiz də tapşırmışdı ki, meydanda olan hər bir futbolçudan ən yaxşı performans gözləyirəm.

- Premyer Liqada 9 oyunda aktivində 2 qol və 4 assist var. Bu, sənin maksimumundur?

- Gücümə və bacarığıma inanıram. Və sizi əmin edirəm ki, daha yaxşısını edə bilərəm. Komandaya yayda qoşulmuşam, dediyiniz kimi, cəmi 9 oyunda forma geyinmişəm. Zamanla komanda yoldaşlarıma uyğunlaşıram, baş məşqçimizin nə istədiyini başa düşürəm. İlk vaxtlarda meydanda ötürmə vermək, lazım olan yerə qaçmaq baxımından müəyyən anlaşılmazlıqlar olurdu. Artıq bu period geridə qalmaqdadır. Çox yaxşı kollektivə sahibik. Vaxt ötdükcə, həm mən, həm də digər komanda yoldaşlarım daha yaxşısını edəcəyik.

HƏBİB

Seçilən
33
sportinfo.az

1Mənbələr