AZ

Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb

ABŞ prezidenti seçkilərində qələbə üçün zəruri olan seçici səslərini təmin etmiş respublikaçı Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Kapitoliyada keçirilməlidir.

AZƏRTAC “USA Today” nəşrinə istinadla xəbər verir ki, inaqurasiya gününə planlaşdırılan tədbirlərə yeni prezidentin andiçmə mərasimi və dövlət başçısının çıxışı daxildir. Mərasimdən əvvəl və sonra digər tədbirlər, o cümlədən təntənəli parad və inaqurasiya balı nəzərdə tutulur.

Ənənəvi olaraq, həmin gün yeni seçilmiş prezident, vitse-prezident və onların həyat yoldaşları Ağ evə gəlirlər. Burada onları vəzifədən gedən prezident və vitse-prezident, həmçinin onların həyat yoldaşları qarşılayır. Bu ənənə hakimiyyətin sülh yolu ilə ötürülməsinin rəmzidir.

2021-ci ildə Donald Tramp ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimini boykot etmişdi.

Seçkilərin rəsmi nəticələri hələlik açıqlanmasa da, respublikaçı Tramp qələbə qazandığını bildirib. Səslərin hesablanmasını izləyən aparıcı Amerika mediası da onu qalib elan edib.

Seçilən
56
19
xalqqazeti.az

10Mənbələr