AZ

"Real" rəhbərliyi Ançelottini "məhşər ayağı"na çəkdi - Görüşün təfərrüatı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ilə klub prezidenti Florentino Peres arasında görüş olub. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Madrid Xtra" yayıb. 

Mənbənin məlumatına görə, görüşdə komandanın son matçlardakı uğursuzluqlarına baxmayaraq, klub rəhbərliyinin dəstəyi ifadə olunub.

La Liqada "Barselona"ya (0:4), Çempionlar Liqasında isə "Milan"a (1:3) və "Lill"ə (0:q) məğlubiyyətlərdən sonra "Real Madrid" rəhbərliyi Ançelottinin vəziyyəti dəyişə bilib-bilməyəcəyini soruşub. Məşqçinin cavabı müsbət olub, lakin onun sözləri komandanın gələcəyi ilə bağlı rəhbərlikdə qeyri-müəyyənlik yaradıb.

"Real Madrid" hazırda La Liqada 2-ci yerdədir, lakin Çempionlar Liqasında klub 17-ci yeri tutaraq son dərəcə çətin vəziyyətdədir.

Mirağa

Seçilən
5
fanat.az

1Mənbələr