Bakı. Trend:
Sabah Bakı şəhərinin 3 rayonunun qaz təchizatında fasiləyaranacaq.
Trend xəbər verir ki, bubarədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-də saat 10:00-dan etibarən paytaxtınBinəqədi rayonu, Sulutəpə qəsəbəsində, Qaradağ rayonu, Lökbatanqəsəbəsində və Nərimanov rayonunda təmir-quraşdırma işləriaparılacaq.
Təmir işləri görülən müddətdə Sulutəpə qəsəbəsinin Hərbi yolərazisinin, Lökbatan qəsəbəsinin 28 May küçəsinin, Nərimanovrayonunun isə R.Muxtarov küçəsinin qaz təchizatında müvəqqətifasilə yaranacaq.