AZ

Polşa XİN-in rəhbəri Varşavanın BH-nin Aİ-ə daxil olmasına dəstək verməyə hazır olduğunu açıqlayıb

Polşanın xarici işlər naziri Radoslav Sikorski bosniyalı həmkarı Emeldin Konakoviçlə görüşdə bildirib ki, Polşa Bosniya və Herseqovinanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlarda kömək etməyə hazırdır.

“Biz bu prosesi dəstəkləməyə hazır olduğumuzu bildiririk. Biz danışıqlar dövründəki bilik və təcrübəmizi bölüşmək istəyirik ki, dostlarımız mümkün qədər yaxşı hazırlaşsınlar”, - Radoslav Sikorski qeyd edib.

O, ümidvar olduğunu bildirib ki, Sarayevo bunun üçün zəruri olan islahatları davam etdirəcək. Sikorski onu da aydınlaşdırıb ki, Varşava bütün Qərbi Balkan dövlətlərinin Aİ-yə üzvlük istəklərini dəstəkləyir.

Mövsüm

Seçilən
68
26
aznews.az

10Mənbələr