AZ

Tayvan Trampın adadakı vəziyyəti sabitləşdirəcəyinə əminliyini ifadə edib

Tayvan regionda sabitliyə nail olmaq üçün ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampla əməkdaşlıq etmək niyyətindədir.

Bu barədə adanın administrasiyasının rəhbəri Lai Qinqde məlumat verib.

Siyasətçi amerikalı sahibkarı seçkilərdə qazandığı qələbə münasibəti ilə təbrik edib və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi arzularını bildirib.

Qinqde özünün X (əvvəllər Twitter) səhifəsində yazıb: “Əminəm ki, ortaq maraqlar və dəyərlərə əsaslanan uzunmüddətli Tayvan-ABŞ tərəfdaşlığı regional sabitliyin təməl daşı kimi xidmət etməyə və hamımız üçün böyük tərəqqiyə aparmağa davam edəcək”.

Seçilən
44
aznews.az

1Mənbələr