Bakı. Trend:
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu,əsgər Hüseynov Anar Yolçu oğlunun özünü öldürməsi barədə Ağdamhərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq hərbi prokurorun böyükköməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, başədliyyə müşaviri Firad Əliyev məlumat verib.
"Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun vəAzərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika vəİnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindənhadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsbedən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətləricra edilmişdir.
Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan RespublikasıCinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq,şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icrayayönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinəuyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır", - oqeyd edib.