AZ

Pamela Anderson onu formada saxlayan sirli yeməkdən danışdı

90-cı illərin ən tanınmış aktrisalarından biri olan və məşhur "Baywatch" serialının ulduzu Pamela Anderson bu gün heyvanların hüquqlarını müdafiə edən və sağlam həyat tərzini dəstəkləyən fəal kimi tanınır. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, " Ürəkdən gələn reseptlər" adlı ilk yemək kitabını buraxıb.

Pamela bildirib ki, mərcimək ürək və həzm üçün faydalıdır, eləcə də tərkibindəki taninlər xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Tərkibindəki lif qan şəkərinin səviyyəsini sabitləşdirir, bu da mərciməyi şəkərli diabet, hipoqlikemiya və insulin müqaviməti olan insanlar üçün əla məhsula çevirir. Çünki o, vahid enerji tədarükünü təmin edir. O, öz şorbasını necə bişirdiyi barədə də məlumat verib.

Qazana soğan, kərəviz, yerkökü, kartof, balqabaq, şirin kartof, sarımsaq doğrayıb 5 dəqiqə qızardın. Sonra yaşıl mərcimək, zirə, zəncəfil, paprika, darçın, duz və istiot, ət bulyonu əlavə edib mərcimək bişənə qədər qaynadın. Bu şorba həm formada saxlayır, həm də tox tutur.

Milli.Az

Seçilən
37
milli.az

1Mənbələr