Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” klubunda baş məşqçisi Sami Uğurlu istefaya göndərilib.
Arena.az bu barədə İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər.
46 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Klub Sami Uğurluya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Sami Uğurlu 2023-cü ilin noyabr ayınan İstanbul təmsilçisinin baş məşqçisi vəzifəsində çalışırdı. O, bu müddət ərzində “Kasımpaşa”nı 38 oyuna çıxarıb. Komanda bu görüşlərdə 15 qələbə qazanıb, 10 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.
Sami Uğurlu daha öncə də “Kasımpaşa”da çalışıb. O, 2021-ci ilin oktyabrından dekabrına kimi bu klubda köməkçi-məşqçi kimi fəaliyyət göstərib, 2021-ci ilin dekabrından 2022-ci ilin avqustuna kimi isə baş məşqçi olub. Türkiyəli mütəxəssis 2023-cü ildə “Bandırmaspor”a da rəhbərlik edib.
Qeyd edək ki, “Kasımpaşa” bu mövsüm Türkiyə çempionatında 14 xalla 9-cu sırada qərarlaşıb. Komanda 11 oyunda 3 qələbə qazanıb, 5 heç-heçə edib, 3 məğlubiyytə üzülüb.