AZ

SABİQ XİDMƏT RƏİSİ MƏHKƏMƏDƏ: polkovnik 700 min manatı geri qaytardı

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımov çıxışına əlavə edərək bildirib ki, dəymiş ziyanla bağlı yeni ödəmə ediblər:

"Üzərindən həbs götürülmüş əmlak satılıb və 698 min manat pul əldə olunub. Həmin məbləğ dövlətə dəymiş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə köçürülüb".

MİA.AZ

Seçilən
7
2
mia.az

3Mənbələr