AZ

Beyrutda hava limanı yaxınlığına zərbələr endirildi

İsrail qırıcıları Beyrutun Rafik Hariri Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən cənub bölgələrinə zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış səsləri hava limanının uçuş zolağından bir neçə yüz metr aralıda eşidilib.

Bildirilir ki, güclü zərbələrə baxmayaraq, Beyrut hava limanı adi qaydada fəaliyyətini davam etdirir.

Seçilən
38
9
qafqazinfo.az

10Mənbələr