"Real"ın futbolçusu Orelyen Tçuameni sıradan çıxıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ayaq biləyinin burxulması səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, Orelyen Tçuameni bu mövsüm "Real"ın heyətində 15 oyuna çıxıb. Onun İspaniya klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədərdir.