AZ

Trampın qələbəsi İrəvanı çətin vəziyyətə saldı... - Ağ Ev Cənubi Qafqazdan əlini çəkir?

"Donald Trampın prezident seçilməsi Cənubi Qafqaz siyasətini arxa plana keçirək. Ermənistan Azərbaycanla sülh müqaviləsini bağlamaq üçün bütün şərtləri yerinə yetirəcək. Gürcüstanda hakim partiya- "Gürcü Arzusu" partiyasının bəxti gətirdi. Artıq Gürcüstanda inqilab və hakimiyyətin dəyişilməsi gözlənilmir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazda Türkiyə ilə birgə yeni siyasi nizamın inkişaf etdirilməsi istiqamətində siyasəti davam etdirməlidir: "Türk Dövlətləri Təşkilatının nüfuzunun artırılması, yeni hərbi blokun yaradılması labüddür. Rusiya prosesi sabotaj etməyə çalışsa da, Azərbaycan və Türkiyə qərarlı şəkildə yeni siyasi nizamda Türk Dövlətləri Təşkilatı ilə beynəlxalq müstəvidə güclənməlidir".

ABŞ prezidenti D. Trampın Qarabağdan köçən ermənilərlə bağlı mövqeyinə gəldikdə, M.Əsədullazadə vurğuladı ki,  bu seçki dönəminin detalı idi: " Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq üçün danışaqlar prosesini sürətləndirəcək. Ermənistanın  Rusiyadan uzaqlaşmaq üçün Türkiyənin siyasətini dəstəkləməsi mümkündür. Regionumuz üçün Rusiya təhlükəsi var. Ukrayna müharibəsində D. Tramp çeviklik göstərməsə, Avropa ölkələri Rusiya qarşı yeni cəbhə açıb birləşəcək. Buda  da Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyi üçün vacib faktordur".

Aytac,

Sitat.info 

Seçilən
24
sitat.info

1Mənbələr