AZ

Sol-liboşların xaosu, tcavüzü bitir: “sağ”alma başladı

Dünya son 25 ildə baş verənlərdən yoruldu, Qərbin səbatsız, dişsiz, özünə arxayın davranışlarından, yalançı “qlobal” gündəmlərdən usandı, bezdi. Son 5 ildə olanlar isə insan ağlını, məntqini, insanlığın minillər boyu qazandığı dəyərləri tapdaladı, “pandemiya” sürəcinin cinayətkarcasına idarə edilməsi, insan haqlarının kəskin pozulması insanın ən vacib dəyərlərindən biri olan azadlığını tapdaladı, Putinin də daxil olduğu dünya “elitası” böyük cinayət etdiklərini anlayanda dünyanın hər yerində xaos, müharibələr alovlandı – Rusiyanın Ukraynaya vəhşi təcavücü, Yaxın Şərqdəki insanlıq dramı “pandemiya” cinayətlərini arxa plana atdı. İqtisadiyyatı dağıtdılar, zorladılar, dünyada inflyasiyanı artırdılar, orta sinfə qarşı “səlib yürüşünə” çıxdılar – bu haqda son 4-5 ildə danışanları, arqument gətirənləri, tezislər söyləyənləri dünyanın hər yerində “fişlədilər”, aşağılayıb “komploçu” çıxardılar, qlobal “mainstream” media insanların beynini yumaqla məşğul oldu.

Axar.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, insan övladının haqq və azadlıqlar uğrunda minillərlə apardığı mübarizəni, bu hissi “öldürə” bilməyəcəklər, insanlıq yalançı “gündəmləri” aşacaq, məntiq və ağıl önə çıxacaq:

“Dünya üçün şans yaranır – “sol-liberal” (onlara yaraşan ad “liboşdur”) elita dünyanı dalana dirədi, Qərbi tarixən güclü edən dəyərləri tapdalayaraq “psevdo-dəyərlər” yaratmağa çalışdı. Siyasətdə “kəfkir prinsipi” var, həmişə də işləyir – “sol” uzun zaman hegemon olanda “kəfkir” aşırı olaraq bir tərəfə yönəlir, hər şeyi korlayır, sonra “sağ” gəlir, o səhvləri düzəltməyə başlayır, amma “sağ” da çox qalanda başqa cür çaşır, aşırı “uclara” yönəlib hər şeyi korlamağa başlayır, sonra “kəfkir” siyasi olaraq geri, “sola” doğru hərəkətə keçir.

İndi dünyada “siyasi kəfkir” sürətlə “sağa” doğru hərəkət edəcək, yaxın 5 ildə “sol-liboş” kəsimin səhvlərini düzəldəcək, yeni fürsətlər yaranacaq - əsas məsələ odur ki, “sağ” da çox güclənib siyasi səhvlər buraxmasın, uc nöqtələrə sapmasın. Belə olsa, hələ 10-15 il dünya siyasəti “sağ” gündəliyə yaxın olaraq əsas iqtisadi problemlərə fokuslanacaq. Çünki hər şeyin təməli iqtisadiyyatdır, iqtisadiyyatın güclü olması isə hüququn üstünlüyü, ədalətli məhkəmələr, aşırı, mənasız tənzimləmələrdən imtina, azad rəqabət, mülkiyyət toxunulmazlığıdır.

Qlobal dünya konsepsiyasının təməli də iqtisadiyyat idi, indi fraqmental dünyaya keçid baş verir, yenə də təməl səbəb iqtisadiyyatdır – yeni fraqmental dünyada ayaqda qalma yolumuz Türki Dövlətləri Təşkilatının “əta-cana” gəlməsindən, güclənməsindən, ciddi institutlaşmasından keçir. Bu nə pafosdur, nə millətçilik – bu sadəcə məmləkətin sağqalma staregiyasıdır”.

Seçilən
26
1
axar.az

2Mənbələr