AZ

Super Liqa klubunda baş məşqçi ayrılığı reallaşdı

Türkiyə Super Liqa təmsilçisi “Kasımpaşa”da baş məşqçi istefası reallaşıb. 

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Sami Uğurlu ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, 2023-cü ildən "Kasımpaşa"nı çalışdırırdı.

“Kasımpaşa” Türkiyə çempionatında 14 xalla 9-cu pillədə qərarlaşıb.

Seçilən
26
fanat.az

1Mənbələr