AZ

EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransında ən yüksək səviyyədə təmsil olunacaq.

"Ölkə.az" xəbər verir ki, bankdan verilən məlumata görə, konfransda EBRD prezidenti Odil Reno-Basso, bankın birinci vitse-prezidenti Yürgen Riqterink, siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və iqlim strategiyası və tətbiqi üzrə idarəedici direktor Harri Boyd-Karpenter iştirak edəcək.

“Builki tədbir özəl sektorun səfərbər edilməsinə xüsusi diqqət yetirməklə, iqlim maliyyələşdirilməsi vasitəsilə iqlim fəaliyyətinin sürətləndirilməsinə yönəldiləcək”, - bankdan bildirilib.

COP29 çərçivəsində EBRD digər beynəlxalq maliyyə institutları və təşkilatları ilə birgə iqlim dəyişikliyi ilə mübarizəyə, karbonsuzlaşdırmaya həsr olunmuş 11 müxtəlif tematik tədbir təşkil etməyi planlaşdırır.

Bankdan qeyd edilib ki, EBRD davamlı olaraq “yaşıl” inkişafın, davamlılığın və innovasiyanın təşviqinə sadiqdir. Bu məqsədlə EBRD iqlim dəyişikliyi ilə mübarizə, özəl maliyyəni səfərbər etmək və fəaliyyət göstərdiyi bütün regionlarda sistemli dəyişikliklərə nail olmaq üçün beynəlxalq səylərdə fəaldır.

“EBRD bankın biznesinin azı yarısının “yaşıl” olmasını təmin etməyə çalışır. Ötən il bankın “yaşıl” maliyyələşdirməsi 6,5 milyard avroya çatıb. Bank iqlimin maliyyələşdirilməsində liderdir”, - bankdan vurğulayıblar.(Report)

Seçilən
33
10
olke.az

10Mənbələr