Seçkidə qalib gələn Donald Trampın sözlərindən sonra Tesla səhmləri 15% bahalaşıb.
Avtosfer.az Baku.ws-a istinadən xəbər verir ki, İlon Mask-ın Tesla şirkətinin səhmlərinin qiyməti NASDAQ birjasında 15,26% yüksəlib.
Yerli vaxtda saat 14:19-da kağızların bir hissəsi təxminən 290 dollar səviyyəsində satılıb.
Analitiklər Donald Trampın seçkilərindəki qələbəsinin Mask və onun elektrik avtomobil şirkəti üçün əhəmiyyətli və vacib olduğunu vurğulayıblar.
"Tesla"nın qurucusu və rəhbəri seçki kampaniyası zamanı Trampı fəal dəstəkləyib, o cümlədən maddi dəstək verib.