AZ

Trampın Ağ Evə qayıdan kimi görəcəyi ilk iş açıqlandı

Trampın Ağ Evə qayıdan kimi görəcəyi ilk işlər açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Donald Trampın seçki kampaniyası üzrə baş müşaviri Ceyson Miller bildirib.

Onun sözlərinə görə, yeni seçilmiş prezident Ağ Evə qayıtdıqdan sonra qeyri-qanuni miqrasiya və neft hasilatı məsələləri ilə bağlı addımlar atacaq.

"Trampın ABŞ prezidenti kimi ilk hərəkətləri onun Konqresin təsdiqi olmadan həll edə biləcəyi məsələlərə aid olacaq. Trampın sərhəd təhlükəsizliyi ilə bağlı bütün qərarları yenidən qüvvəyə minə bilər. Onların (Trampın komandasının - red.) sərhəd təhlükəsizliyini bərpa etmək üçün Konqresin təsdiqinə ehtiyacı yoxdur”, - deyə o bildirib.

Seçilən
16
publika.az

1Mənbələr