“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev "Zirə" ilə Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış matçı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn Naxçıvan təmsilçisinin baş məşqçisi matçla bağlı fikirlərini belə çatdırıb:
“Oyun düşündüyümüz kimi, ağır keçdi. Hər iki komanda yaxşı mübarizə apardı. Komandamı təbrik edirəm. Dinamik oyun göstərdilər. Ümumi olaraq, yolumuza davam edirik. Düşünürəm ki, zədəli futbolçularımız bizə qoşulandan sonra daha yaxşı olacaq.
Sərəncamımda olan bütün futbolçularıma, o cümlədən Qara Qarayevə güvənirəm. Yüksək səviyyəli futbolçudur. Klub olaraq ona dəstək oluruq. Düşünürəm ki, getdikcə daha yaxşı formada olacaq.
Bu komandanı yığanda hər kəs bizi aşağı pillələrdə görürdü. Amma gördüyünüz kimi, yuxarı yerlərdə qərarlaşmışıq. Komanda olaraq avrokuboklara düşmək kimi düşüncəmiz hələ yoxdur. Amma qismətimizdə olacaqsa, lap yaxşı olar”.