Hindistanın Baş naziri Narendra Modi respublikaçı Donald Trampla telefon danışığı aparıb və onu ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
APA xəbər verir ki, Modi bu barədə “X” hesabında yazıb.
Baş nazir əlavə edib ki, müxtəlif sahələrdə Hindistan-ABŞ əlaqələrini gücləndirmək üçün sıx əməkdaşlığın davam etdiriləcəyini gözləyir.