AZ

Tramp və Maskın şirkətlərinin dəyəri yüksəldi

Tramp və Maskın şirkətlərinin dəyəri yüksəldi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun seçki kampaniyasında fəal iştirak edən İlon Maskın şirkətlərinin səhmlərinin qiyməti noyabrın 6-da bahalaşıb.AFN.az xarici mediaya istinadən xəbər verir ki, "Trump Media & Technology" üçün birja kotirovkaları 9,06 faiz artaraq 37 dollara, "Tesla" 13,89 faiz bahalaşaraq bir səhm üçün 286,36 dollara çatıb. Ümumiyyətlə, məlumatlara görə, prezident seçkilərinin nəticələri fonunda ABŞ-ın bütün fond bazarı da artıb – hər üç əsas indeks rekord səviyyəyə qalxıb.İlon Mask yeni prezidentin administrasiyasında vəzifə alacağı təqdirdə hökumətin səmərəliliyini artırmaq üçün çalışacağını vəd edib. Tramp Floridada etdiyi ilk qələbə nitqi zamanı "SpaceX"-in yaradıcısını “super dahi” və “xüsusi oğlan” adlandıraraq onu qoruyacağına söz verib.

Seçilən
43
2
afn.az

10Mənbələr