AZ

Azərbaycanın qaz ixracı daim artan xətt üzrə inkişaf edir

“Azərbaycanın qaz hasilatı və ixracı daim artan xətt üzrə inkişaf edir. Cari ildə qaz ixrac coğrafiyamızı məhz Avropa ölkələri hesabına genişləndiririk”.

Bu sözləri Hit.az-a iqtisadçı ekspert İlham Şaban deyib.

O bildirib ki, Azərbaycanın icrac coğrafiyası genişlənməkdə davam edir: 

“Azərbaycan Avropanı bütöv qitə kimi yox, ayrı-ayrı ölkələrini enerji təhlükəsizliyi  təmin edir.  Bolqarıstan kimi ölkənin yarısının qaz təminatı Azərbaycan hesabına ödənilir. Yunanıstanın dörddən biri Azərbaycan qazı ilə təmin olunub. İtaliya kimi böyük qaz istehlak edən ölkədə Azərbaycan qazının xüsusi çəkisi 17 faizdir. Bu o deməkdir ki, Azərbaycan dünyaya, o cümlədən, Avropanın enerji ilə təminatına öz töhfəsini verir”. 

Sevinc

Seçilən
38
hit.az

1Mənbələr