AZ

Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib

Yazını böyüt
Yazını kiçilt

Noyabrın 6-da "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib.

Hafta.az xəbər verir ki, ziyafətdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, müxtəlif ölkələrin dini liderləri və dövlət xadimləri iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qonaqlara təşəkkürlərini bildirərək, Sammit çərçivəsində müzakirə olunan məsələlərin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

Ziyafət konsert proqramı ilə davam edib.

Qeyd edək ki, noyabrın 5-6-da keçirilən Dini liderlərin qlobal Bakı Sammitində 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri iştirak ediblər.

Seçilən
32
2
hafta.az

3Mənbələr