AZ

“Beşiktaş” Avroliqada “Malmö” üzərində qələbəyə sevindi

Türkiyənin “Beşiktaş” komandası bu gün Avropa Liqasında 2024/2025 mövsümünün Liqa mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Liqa mərhələsinin 4-cü turu çərçivəsində İsveçin “Malmö” kollektivini qəbul edib.

Hər iki komanda turnirin Liqa mərhələsində əvvəlki üç matçın ikisində məğlub olub, birində qələbə qazanmışdı. İstanbulda baş tutan bu qarşılaşma isə meydan sahibləri üçün uğurlu alınıb. Üç qolun qeydə alındığı oyunun yekununda Türkiyə təmsilçisi qələbəyə sevinib. Ardıcıl ikinci qələbəsini qazanan komanda turnir cədvəlində 14-cü pilləyə yüksəlib.

Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin 4-cü turuna sabah yekun vurulacaq. Azərbaycan çempionu “Qarabağ” Norveçdə “Bodo Qlimt”in qonağı olacaq.

Avropa Liqası
Liqa mərhələsi, 4-cü tur
6 noyabr

“Beşiktaş” – “Malmö” 2:1
Qollar: Ernest Muçi, 76. Semih Kılıçsoy, 85 – Soren Rieks, 90+3.

Seçilən
60
50
arena.az

10Mənbələr