AZ

Kamala Harris və Co Bayden Donald Trampla danışmaq istəyirlər

ABŞ prezidentliyinə namizəd Kamala Harris və hazırkı dövlət başçısı Co Bayden respublikaçı Donald Trampa Demokratlar Partiyasının seçkilərdəki məğlubiyyətini etiraf etmək üçün zəng etmək niyyətindədirlər.

Editor.az xəbər verir ki, bu barədə NBC Ağ Evdəki mənbələrə istinadən yazıb. “Bayden 2020-ci ildə Trampa qarşı çəkişmə olaraq onu seçkidəki qələbəsi münasibətilə təbrik etməyi, Ağ Evə dəvət etməyi və inauqurasiya mərasimində iştirak etməyi planlaşdırır”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, Harris prezident seçkilərində məğlubiyyətini etiraf edən çıxış etməyi planlaşdırır. Müraciət çərşənbə günü saat 18:00-a təyin edilib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bundan əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Tramp seçkilərdə qalib gəldiyini elan edərək özünü ABŞ-ın 47-ci prezidenti adlandırmışdı.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
50
editor.az

10Mənbələr