AZ

Səbinə Xasayeva 28 May qəsəbəsində vətəndaşları qəbul edib

Noyabrın 6-da 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin  deputatı Səbinə Xasayeva  Binəqədi rayonundakı 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında bir qrup vətədaşı qəbul edərək onların müraciət və təkliflərini dinləyib.

“İki sahil” xəbər verir ki, görüşə gələnlər müxtəlif məsələlərlə əlaqədar müraciət ediblər. Onlar Vətən küçəsində işiqlandırma sisteminin qurulmasına, Ceyhun Orucov küçəsinin asfaltlanmayan hissəsinin asfaltlanmasının başa catdırılmasına, Dostluq küçəsindən keçən Mərkəzi  su xəttinin sıradan çıxmış hissəsinin yenilənməsinə, “Azərsu“ ASC-nin Abşeron Sukanal İdarəsinin (indiki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) işçiləri tərəfindən su borularının təmiri zamanı bəzi küçələrdə (Sülh, Mərkəz, İstiqlal, Şorlar, Dostluq, Gülüstan, Rufiz Budaqov )  yararsız hala salınmış asfalt örtüyünün bərpasına, Gənclik küçəsində 2-ci dalanın asfaltlanmasına köməklik göstərilməsini və eyni zamanda onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.    

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı  tərəfindən nəzarətə götürülüb.

Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini  tapacağına əminliklərini bildiriblər.   

Qəbulda  Binəqədi rayon icra hakimiyyəti  başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əsəd Məmmədov iştirak edib.

Seçilən
17
3
ikisahil.az

4Mənbələr