AZ

Trampın qələbəsindən sonra dollar bahalaşıb

Dolların indeksi dünya valyutaları səbətinə nisbətən 1,92% artaraq 105,441 bənd təşkil edib.

Qaziler.az-ın məlumatına görə, “Financial Times” yazır ki, bu, 2016-cı ilin iyun ayından bəri ən böyük bir günlük artımdır.

ABŞ-nin dollar indeksi ABŞ dollarının altı əsas dünya valyutası: avro, İsveçrə frankı, Yapon yeni, funt sterlinq, Kanada dolları və İsveç kronasından ibarət səbətə qarşı dəyərini əks etdirən mühüm göstəricidir. Bu göstərici iqtisadi sabitliyin göstəricisi, alıcılıq qabiliyyətinin ölçüsü və investorlar üçün bələdçi rolunu oynayır. İndeksin artması dolların möhkəm mövqeyindən və bir qayda olaraq Amerika iqtisadiyyatının sabitliyindən xəbər verir.

Qeyd edək ki, Donald Tramp ABŞ-nin 47-ci prezidenti seçilib və artıq seçkilərdə qalib gəldiyini bəyan edib.

QAZİLER.AZ

Seçilən
12
1
qaziler.az

2Mənbələr