AZ

“Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzusunda respublika elmi konfransı keçirilib

Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzusunda Azərbaycan, Türkiyə və Çindən olan tədqiqatçıların iştirakı ilə respublika elmi konfransı keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açılış nitqi söyləyib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil və müasir Azərbaycan dövləti tarixinin ən parlaq dövrünü yaşayır. Ali Baş Komandan İlham Əliyevin liderliyi altında qazanılan zəfər Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb.

“Biz alimlər də öz elmimizlə, biliymizlə, elmi nəticələrimizlə Azərbaycanın inkişafında töhfəmizi verməliyik. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dövlətimizə, xalqımıza fayda verən bu kimi elmi konfransların keçirilməsində biz alim və elmi tədqiqatçılar üçün həmişə şərait yaratmışdır” - deyə R.Dadaşova qeyd etmişdir.

Konfransda  Zəfər gününə həsr edilmiş videoçarx nümayiş  olunub.

Sonra dosent Ramilə Dadaşova “Dövlətlərarası münasibətlərdə prezidentlər arasında şəxsi dostluğun əhəmiyyəti Heydər Əliyev və Süleyman Dəmirəl dostluğu nümunəsində” adlı məruzə edib. O, Ulu Öndər Heydər Əliyev və Süleyman Dəmirəl arasında şəxsi dostluğun Azərbaycan-Türkiyə münasibətlərinin milli köklər üzərində inkişaf etdirilməsində çox böyük əhəmiyyəti olduğunu bildirib.

Konfransda AMEA-nın bir sıra institutlarından, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrindən və elmi qurumlardan, eləcə də Türkiyə və Çindən olan 4 elmi tədqiqatçı daxil olmaqla, 73 alim və tədqiqatçı məruzə edib.

Məruzələr 6 bölmədə müzakirə edilib. Məruzələrdə Ulu Öndər Heydər Əliyev və  Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin dövlətlərarası münasibətlərdə və Cənubi Qafqazda sabitliyin yaradılmasında rolu və şəxsiyyət amili, eləcə də Azərbaycanın digər tarixi şəxsiyyətlərinin fəaliyyəti tədqiq edilmişdir.

Seçilən
38
tehsil.biz

1Mənbələr