ABŞ Respublikaçı namizəd Donald Tramp Ukraynaya yardımı azalda və ya dayandıra bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko mətbuat konfransında bildirib.
“Onun fəaliyyəti müxtəlif formalarda özünü göstərə bilər, məsələn, Ukraynaya yardımın dayandırılması və ya əhəmiyyətli dərəcədə azalması”, – RİA Novosti ondan sitat gətirir.
Fikonun sözlərinə görə, Tramp bu məsələdə “çox aktiv olmağa” hazır olduğunu açıqlayıb.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Ukrayna münaqişəsinin sülh yolu ilə həlli şansını artırır.