Rusiyanın Çelyabinsk vilayətində qadın uşaq dünyaya gətirib və onu paltaryuyan maşında ölümə buraxıb.
Bakuinfo.net yerli mediaya istinadla bildirir ki, Satkinski rayonunun 32 yaşlı sakini hamamda oğlan uşağı dünyaya gətirib. Daha sonra körpəni çantada paltaryuyan maşında qoyub. Nəticədə körpə ölüb.
Yeni doğulan körpənin ana tərəfindən öldürülməsi ilə bağlı cinayət işi açılıb.