AZ

"ABB-İnvest" işçi axtarır - VAKANSİYA

ABB-İnvest

Komplayns üzrə mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

Son tarix 06 dek 2024 - [email protected]

İş günü: Tam
Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 609, Globus Center 8-ci mərtəbə
İş barədə məlumat:

  • Şirkətdə komplayns riskinin idarə edilməsi;
  • Müvafiq qanunlara, normalara, qaydalara və peşekar standartlara uyğunluğu təmin etmək;
  • Komplayns sisteminin idarə edilməsinin təkmilləşdirilməsi;
  • Qaydaların, prosedurların və ya digər sənədlərin yazılması yolu ilə qanun, qayda və standartların düzgün yerinə yetirilməsi üçün təlimat materiallarının hazırlanması və Şirkət işçilərinin təlimi;
  • Komplayns riski ilə əlaqəli hadisələrin uçotunu aparmaq, araşdırmalar həyata keçirmək,  izahatlar almaq, onların baş vermə ehtimalını müəyyən etmək;
  • Komplayns riskinin idarə edilməsi üçün daxili sənədlərin hazırlanmasında, Şirkətin və onun işçilərinin fəaliyyətində maraqların toqquşmasının aşkarlanması, idarə edilməsi və onların minimuma endirilməsinə yönəlmiş daxili sənədlərin hazırlanmasında iştirak etmək;
  • Müştəri şikayətlərinin (müraciətlərinin, ərizələrinin) dinamikasını təhlil etmək və müştəri hüquqlarının Şirkət tərəfindən qorunmasına nəzarət etmək;
  • Korporativ davranış qaydalarına və peşə etikasına riayət olunmasına yönəlmiş daxili sənədlərin tələblərinə Şirkətdə riayət olunmasına nəzarət etmək;
  • Komplayns riskinin idarə edilməsi ilə bağlı Şirkətin daxili sənədlərində nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək;
  • İnvestisiya şirkətinin komplayens riskinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarəti üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən etmək;
  • Müşahidə Şurasına pozuntular nəticəsində əhəmiyyətli komplayens riskləri baş verdiyi halda isə növbədənkənar əsasda hesabatlar təqdim etmək;
  • Risklərin idarə edilməsi bölmələri ilə koordinasiyalı formada risklərin idarə edilməsi üzrə investisiya şirkətinin daxili qaydalarının hazırlanmasında, həmçinin risk iştahası bəyannaməsinə və siyasətinə riayət edilməsinin monitorinqinin aparılmasında iştirak etmək;

Tələblər:

  • Təhsili (istiqamət və dərəcə): Ali iqtisadi, hüquqi
  • Xarici dil bilikləri: Yüksək səviyyədə ingilis dili
  • İş stajı (minimum müddət):  2 il
  • İnformasiya texnologiyalarlı bilikləri:
  • Microsoft Office proqramları, FLEX,BI, SIRON, telescope

Digər bilik ve bacarıqlar:

  • Departamentin fəaliyyət sahəsini tənzimləyən qanunvericilik bazası ilə tanışlıq
  • Mərkəzi Bankın normativ aktları ilə tanışlıq
  • Analitik düşüncə tərzi
  • Problemləri həll etmək bacarığı
  • Komandada işləmə bacarığı
  • Stressə davamlılıq
  • Təqdimat bacarığı
  • Kommunikasiya bacarıqları

İş şəraiti:

  • İş günləri: 5 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 -14:00
  • İş yeri; Bakı şəhəri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV”-lərini qeyd edilmiş elektron poçt ünvanına mövzu yerində " Komplayns üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis" başlığı yazmaqla göndərmələri xahiş olunur.

Seçilən
20
fed.az

1Mənbələr