AZ

Neymar yaşıl meydanlardan uzaq qalacaq

“Əl-Hilal”ın hücumçusu Neymar yenidən xəstəxanaya yerləşdirilib.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, müayinə zamanı 32 yaşlı braziliyalının bud nahiyəsinin əzələlərində zədələr aşkarlanıb.

Neymarın 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Beləliklə, braziliyalı qışın əvvəlində və ya ilin sonuna doğru vəzifəsinə qayıda bilər.

Qeyd edək ki, Neymar dizindən aldığı ciddi zədədən bu yaxınlarda sağalıb. Braziliyalı hücumçu təxminən bir il xəstəxanada yatıb. Neymar “Əl-Hilal”ın heyətində 7 oyun keçirib, bu oyunda bir qol vurub və tərəfdaşlarına iki məhsuldar ötürmə verib.

Seçilən
16
90deqiqe.az

1Mənbələr