İspaniya Kral Futbol Federasiyası ölkədəki daşqın səbəbindən ötən həftə təxirə salınan oyunları yenidən ertələyib.
Oktyabrın 30-da keçirilməli olan “Parla Eskuela” – “Valensiya” və “Pontevedra” – “Levante” matçları 6 və 7 noyabra təxirə salınmışdı. Lakin bu matçların vaxtı yenidən dəyişdirilib. “Parla Eskuela” – “Valensiya” oyunu noyabrın 26-da keçiriləcək.
“Manises” - “Xetafe” oyunu da həmin tarixdə keçiriləcək. “Egea” – “Herkules” oyunu noyabrın 14-də, “Pontevendra” – “Levante” matçı 19 noyabrda keçiriləcək. “Jove” – “Real Sosyedad” matçının tarixi isə daha sonra müəyyənləşəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta